14:52 - 10.10.2025
10 oktyabr, Fineko/abc.az. Bu il oktyabrın 1-nə İran bankının aktivləri 121,328 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,6 % çoxdur.
ABC.AZ xəbər verir ki, bunun 2,228 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 25,2 % böyüyüb.
Hesabat dövründə İran bankının öhdəlikləri 5,7 % azalaraq 68,009 milyon manat, o cümlədən depozit portfeli 0,2 % artaraq 35,626 milyon manat, balans kapitalı isə 15,5 % artaraq 53,32 milyon manat olub.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026