15:19 - 19.09.2025
19 sentyabr, Fineko/abc.az. "Deloitte" şirkəti "Azərbaycanda biznes perspektivləri" adlı makroiqtisadi hesabatının doqquzuncu buraxılışını təqdim edib.
ABC.AZ Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, bu buraxılışda əsas makroiqtisadi göstəricilərlə yanaşı maliyyə sektoruna dair qısa icmal da yer alıb.
"Deloitte Azərbaycan"ın dəvəti ilə xüsusi qonaq qismində tədbirə qatılan Mərkəzi Bankın sədri Taleh Kazımov ölkədəki makroiqtisadi vəziyyət və maliyyə sektorunun inkişafı ilə bağlı fikirlərini bölüşüb, həmçinin real sektoru təmsil edən iştirakçıların suallarını cavablandırıb.
Tədbir sektorun qarşılaşdığı çağırışlar və perspektivlərin müzakirəsi üçün geniş imkanlar yaradıb.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026