Ötən il Azərbaycanda vergi daxilolmaları bu bəyanın hesabına formalaşıb

17:17 - 17.09.2025


17 sentyabr, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda vergi daxilolmalarının 93,3 %-i və yaxud 14 milyard 748,9 milyon manatı könüllü bəyan etmə əsasında formalaşıb.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, o cümlədən qeyri-neft-qaz sektoru üzrə əməletmə indikatoru 90,9 % və yaxud 10 milyard 58,2 milyon manat məbləğində təşkil edib.

Könüllü daxilolmalar 2018-ci illə müqayisədə mütləq ifadədə 2,1 dəfə, qeyri-neft sektoru üzrə isə 2,2 dəfə artıb.

2024-cü ildə Azərbaycanda vergi daxilolmalarının 32,7 %-i sənaye, 27,4 %-i xidmət, 11,6 %-i tikinti, 10,9 %-i ticarət, 5,3 %-i bank və sığorta, 4,3 %-i nəqliyyat, 4 %-i rabitə, 0,2 %-i kənd təsərrüfatı, 3,6 %-i isə digər sektorların payına düşüb.

O cümlədən, ötən il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının 22,6 %-i xidmət, 21,1 %-i sənaye, 16,5 %-i tikinti, 15,1 %-i ticarət, 7,6 %-i bank və sığorta, 6 %-i nəqliyyat, 5,7 %-i rabitə, 0,2 %-i kənd təsərüffatı, 5,2 %-i isə digər sektorlardan formalaşıb.