Mərkəzi Bank "PulPal"ın vəzifəli şəxsini cərimələyib

11:13 - 4.09.2025


4 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) "PulPal" MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində "PulPal"da aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması üzə çıxıb.

Odur ki, şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 manat cərimə edilib.