Auditorlar Palatası iki audit şirkətinə lisenziya verdi, birini isə ləğv etdi  

15:02 - 2.09.2025


2 sentyabr, Fineko/abc.az. Auditorlar Palatası iki audit şirkətinə lisenziya təqdim edərkən, birinin lisenziyasına xitam verib.

ABC.AZ xəbər verir ki, 5 il müddətinə iki lisenziya əldə edən şirkət “Audit Center” MMC və “A-Plus Finance” MMC-dir.

Audit şirkətləri 2030-cu ilin avqustuna qədər bu lisenziyanı əldə ediblər.

Lisenziyadan məhrum olan isə “SET FİNANCE” MMC-dir. 2026-cı ildə lisenziyasının müddəti bitməli idi. Lakin tənzimləyici şirkətin lisenziyasına vaxtından əvvəl xitam verilib.