Yaponiya şirkətlərinin əməliyyat mənfəəti ABŞ tarifləri səbəbindən 11,5% azalıb

15:33 - 1.09.2025


1 sentyabr, Fineko/abc.az. Yaponiyanın sənaye sektoru şirkətlərinin əməliyyat mənfəəti aprel-iyun ayları arasında keçən ilin eyni dövrü ilə müqayisədə 11,5% azalaraq təxminən 11,3 trilyon yen (76,6 milyard dollardan çox) təşkil edib.

ABC.AZ xəbər verir ki, mənfəət iki rüb ardıcıl olaraq azalır, deyə ölkənin Maliyyə Nazirliyi bildirib. Ən böyük itkilər avtomobil və digər nəqliyyat vasitələrinin istehsalçılarıdır. Belə ki, onların əməliyyat mənfəəti aprel-iyun aylarında 27,9% azalıb. Əsas səbəb ABŞ prezidenti Donald Tramp administrasiyasının Yaponiya məhsullarının idxalına tətbiq etdiyi artan rüsumlardır.

Avtomobillər üçün gömrük tarifləri 27,5%-ə qaldırılıb. Tokio iyul ayında Amerika iqtisadiyyatına böyük investisiyalar vədi müqabilində rüsumların 15%-ə endirilməsi barədə razılığa gəlmişdi, lakin bu qərar hələ də yerinə yetirilməyib. Bildirilir ki, bu, ABŞ-ın Yaponyaya Amerikan düyüsünün növbəti dəfə artırılmış tədarükünü təmin etmək niyyəti ilə bağlıdır, lakin Yaponiya hələ razılıq verməyib.