Türk Hava Yollarının törəmə şirkəti Gürcüstana uçuşlara başlayacaq 

15:09 - 25.08.2025


25 avqust, Fineko/abc.az. Aşağı büdcəli “Ajet” aviaşirkəti Ankara-Tbilisi-Ankara marşrutu üzrə müntəzəm reysləri həyata keçirəcək.

ABC.AZ xəbər verir ki, uçuşlar sentyabrın sonundan, bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri olmaqla həftədə dörd dəfə həyata keçiriləcək. 

“Ajet” Türkiyənin ən iri aviaşirkəti olan “Türk Hava Yolları”nın törəmə şirkətidir.
Türkiyə Gürcüstandan hava əlaqəsinin əsas istiqamətlərindən biridir. Ötən ilin məlumatına görə, iki ölkə arasında 1,2 milyondan çox sərnişin daşınıb.