Google TeraWulf bitkoin maynerinin ən iri səhmdarı olub

15:38 - 19.08.2025


19 avqust, Fineko/abc.az. Google korporasiyası mayner və bulud əsaslı AI platforması Fluidstack arasındakı əməliyyat üçün maliyyə zəmanətlərinin genişləndirilməsi yolu ilə TeraWulf -da payını 14%-ə qədər artırıb.  

ABC.AZ xəbər verir ki, əvvəlcə texnologiya nəhəngi 1,8 milyard dollara zəmanət verildiyini elan etmişdi. Sonra məlum oldu ki, məbləğ 3,2 milyard dollar təşkil edib. Bunun müqabilində Google TeraWulf-un 73 milyon səhmini (bu, şirkətin kapitalının 14%-ni təşkil edir). 
almaq üçün opsionlar almışdı. 

TeraWulf karbonsuz enerjinin 91%-ni istifadə edir. 

Son bir həftə ərzində maynerin səhm qiyməti 73,7% artaraq 10,57 dollara çatmışdı. 
Avqustun 18-də hərracın bağlanması anında məzənnə 9,38 dollara qədər korrektə olundu.