16:45 - 11.08.2025
11 avqust, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında investisiya həcmi 129 milyon manata yaxın olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
ABC.AZ quruma istinadla xəbər verir ki, sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 56 milyon manata yaxın investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb.
Pirallahı Sənaye Parkı ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı, həmçinin qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır. Parkda indiyədək 70 milyon manatlıq məhsul istehsal edilib. Bu ilin I yarısında Parkda 8,6 milyon manatlıq məhsul istehsal edilib ki, bu də ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 15 faiz çoxdur.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026