12:36 - 5.08.2025
VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının 7 iyul 2025-ci il tarixli qərarına əsasən, Aynur Abdullayeva Telman qızı 8 iyul 2025-ci il tarixindən etibarən Daxili Audit Xidmətinin direktoru vəzifəsinə təyin olunub.
O, Bank VTB (Azərbaycan)-da 15 illik peşəkar təcrübəyə malikdir, o cümlədən son beş ili Daxili Audit Xidmətində olmaqla bu müddət ərzində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Abdullayeva 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr və magistr dərəcələri üzrə təhsilini başa vurub.
Peşəkar fəaliyyətinə 2005-ci ildə Bank of Baku-da başlayıb, 2010-cu ilə qədər orada müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildə VTB (Azərbaycan) komandasına qoşulub və fəaliyyətinə Əməliyyat Departamentinin Bank əməliyyatlarının müşayiəti şöbəsinin müdiri kimi başlayıb.
14 Avqust 2026
14 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026