Mərkəzi Bankın valyuta ehtiyatları 0,3%  artıb

10:15 - 4.08.2025


4 avqust, Fineko/abc.az. Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları 11,2 milyard dollara yaxınlaşıb.

ABC.AZ  AMB-yə istinadla xəbər verir ki, bu il avqustun 1-nə AMB-nin valyuta ehtiyatları 0,3% artaraq 11,191 milyard ABŞ dolları təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları son bir ildə isə 4.9 % azalıb.