Apple-ın rüblük xalis mənfəəti 23,4 milyard dollara yüksəlib

10:51 - 1.08.2025


1 avqust, Fineko/abc.az. Amerikanın Apple korporasiyasının 28 iyunda bitən 2025-ci maliyyə ilinin 3-cü rübü üzrə xalis mənfəəti, keçən ilki 21,4 milyard dollardan 23,4 milyard dollara yüksəlib.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatlarında deyilir.

Apple-ın rüblük gəliri 94 milyard dollar təşkil edib ki, bu da bir il əvvələ nisbətən 10% çoxdur, rüb üzrə seyrədilmiş EPS isə 1,57 dollar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 12% çoxdur.

Cari maliyyə ilinin doqquz ayının nəticələrinə görə, Apple-ın xalis mənfəəti əvvəlki 79 milyard dollara qarşı 84,5 milyard dollara çatıb. Gəlir 313,6 milyard dollara çatıb ki, bu da illik göstəricidən 5,9% çoxdur. Bir səhm üzrə seyrədilmiş mənfəət bir il əvvəlki 5,11 dollardan 5,62 dollara yüksəlib.

Apple-ın Direktorlar Şurası da səhm başına 0,26 dollar dividend ödəyəcəyini açıqlayıb.