16:56 - 21.07.2025
21 iyul, Fineko/abc.az. Azərbaycan və Beynəlxalq Valyuta Fondu (IMF) arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi və gələcək potensial əməkdaşlıq imkanları müzakirə olunub.
ABC.AZ Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, qurumun sədri Taleh Kazımov IMF-in ölkə üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik eydiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə qlobal iqtisadi trendlər, inflyasiya gözləntiləri, pul siyasətinin ötürücülüyü, banklararası bazarın inkişafı, həmçinin maliyyə sektorunun sabitliyi və dayanıqlılığı ilə bağlı fikir mübadiləsi aparılıb.
18 Avqust 2026