18:23 - 11.07.2025
11 iyul, Fineko/abc.az. Apple şirkətinin top-meneceri Ruominq Panq yalnız yüksək əməkhaqqı deyil, həm də Meta şirkətinin səhmlərindən ibarət paket alacaq — bu səhmlər bir neçə il ərzində mərhələli şəkildə, tərtibatçının nəticələrindən asılı olaraq təqdim olunacaq.
ABC.AZ xəbər verir ki, eyni zamanda, Apple qarşılıqlı təklif heç verməyib, çünki hətta rəhbər Tim Kuk şirkətdə müqayisə edilə bilən maaş almır. Mənbələrə görə, SEO-nun gəliri ildə təxminən 74 milyon dollardır.
Panqın gedişi ardınca başqaları da çıxa bilər: onun komandasındakı mühəndislərin artıq Meta ilə danışıqlar apardıqları deyilir. Buna cavab olaraq Apple restrukturizasiya aparıb və bəzi aparıcı şöbə müdirlərini dəyişdirib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026