12:10 - 2.07.2025
2 iyul, Fineko/abc.az. Yaxın gələcəkdə dolların dünyanın əsas ehtiyat valyutası statusu ilə bağlı heç bir böyük problem gözlənilmir.
ABC.AZ xəbər verir ki, bu barədə mərkəzi bank rəhbərləri iyulun 1-də Portuqaliyanın Sintra kurort şəhərində baş tutan illik konfransda bildiriblər.
ABŞ Prezidenti Donald Trampın gözlənilməz iqtisadi, ticarət və təhlükəsizlik siyasəti qlobal ehtiyatların 58%-ni təşkil edən ABŞ valyutasının qlobal pul sisteminin mərkəzində qala biləcəyi ilə bağlı suallar doğurub.
Avronun dollara alternativ ola biləcəyini müdafiə edən Avropa Mərkəzi Bankının sədri Kristina Laqard 2025-ci ilin bu baxımdan “dönüş ili” ola biləcəyini söyləyib. “Lakin ciddi dəyişikliklərin baş verməsi üçün çox vaxt və səy lazımdır”, – deyə Laqard bildirib.
O qeyd edib ki, qeyri-müəyyənlik və gözlənilməzlik şəraitində “investorlar öz seçimlərini nəzərdən keçirirlər” və avronun bundan faydalandığına dair sübutlar var.
Yaponiya Mərkəzi Bankının rəhbəri Kadzuo Ueda açıqlayıb ki, istənilən əhəmiyyətli dəyişikliklər struktur islahatlarından asılı olacaq, İngiltərə Bankının rəhbəri Endryu Beyli isə bildirib ki, dolların vəziyyəti yaxın vaxtlarda dəyişməyəcək.
Koreya Bankının rəhbəri Ri Çan Yon dollara münasibətdə uzunmüddətli dəyişiklik perspektivinin bəzi investorlar üçün müzakirə mövzusu olduğunu, hətta dollar aktivlərini saxladıqlarını söyləyib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026