Beş ayda Bakıda əhaliyə 3 milyard 613,9 milyon manatlıq xidmət göstərilib  

11:33 - 30.06.2025


30 iyun Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 613,9 milyon manat olub.

Bakı şəhər Statistika İdarəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə real ifadədə 11,8 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 133,3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 86,7 %-ni təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 % artaraq 5 milyard 680,2 milyon manat olub.