Beş ayda Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 750,3 milyon manat olub    

11:13 - 30.06.2025


30 iyun Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 750,3 milyon manat olub.

 Bakı şəhər Statistika İdarəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə real ifadədə 18,2 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 399,6 milyon manat olub. Bu, ümumi dövriyyənin 53,3 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 16,6 % artaraq 987,9 milyon manat olub.