11:43 - 21.09.2018
21 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirəcəyini elan edib.
AMB-in məlumatına görə, depozit hərracı bazar ertəsi, 24 sentyabr 2018-ci il tarixində Bloomberg ticarət platformasında keçiriləcək.
“Hərrac vasitəsilə 8,01% -9,99% dərəcə ilə 350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - AMB-in məlumatında belə deyilir.
Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.