Dövlət Sərhəd Xidməti 1 milyon manata avtobuslar alıb

16:20 - 18.06.2025


18 iyun, Fineko/abc.az. Dövlət Sərhəd Xidməti “Azərmaş Park” MMC ilə 1 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə 29+1 nəfərlik avtobusun alınması nəzərdə tutulur. Müqavilənin ümumi məbləği isə 1 000 000 AZN təşkil edir.