Karbohidrogenlərə tələbat on illər ərzində davam edəcək - SOCAR rəhbəri

14:13 - 3.06.2025


3 iyun, Fineko/abc.az. Karbohidrogenlərə tələbat on illər ərzində davam edəcək.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol” panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, SOCAR-ın bəzi tərəfdaşları, bəzi şirkətləri hazırda tarazlaşdırılmış şəkildə enerji keçidi edirlər:

"Bu da ənənəvi neft-qaz və bərpa olunan enerji mənbələrindən ibarət enerji qarışığı ilə enerji təhlükəsizliyinə töhfə verməklə enerji təmin etməyə əsaslanır. Bu mənada, düşünürəm ki, digər şirkətlər tarazlaşdırılmış yanaşma tətbiq etməyə və ənənəvi neft və qaza investisiya qoymağa davam etməyə çalışırlar, lakin sıfır öhdəliklərinə və davamlı inkişaf və istehsala dair öhdəliklərinə uyğun şəkildə investisiya qoyurlar. Çünki biz hesab edirik ki, yaxşı tərəfdaşlar, düzgün texnologiya ilə ətraf mühitə minimum təsirlə istehsal mümkündür. Biz həmişə belə davamlı sistemlərin inkişafına necə töhfə verə biləcəyimizi müzakirə edirik və bu məlumatları, bilikləri və texnologiyanı paylaşırıq". (Report)