Böyük Britaniya daha bir Rusiya depozitariyasına qarşı sanksiya tətbiq edib

14:50 - 29.05.2025


29 may, Fineko/abc.az. Böyük Britaniya Angarsk şəhərində yerləşən “Bazar Xüsusi Depozitariyası” MMC-ni sanksiyalar siyahısına daxil edib.

ABC.AZ xəbər verir ki, bu təşkilat Rusiya hökumətini strateji əhəmiyyətli maliyyə xidmətləri sektorunda fəaliyyət göstərməklə dəstəklədiyinə görə “əlaqəli şəxs” kimi tanınıb.

Eyni zamanda, sanksiya tədbirləri çərçivəsində daha altı təşkilat və bir fiziki şəxs də siyahıya salınıb. Onların arasında MT-Systems, Atoma şirkətləri və Rusiya müdafiə sənayesinin maraqları naminə elektronika təchizatında iştirak etdiyi iddia edilən bir neçə Çin logistika firması da var.