14:59 - 27.05.2025
27 may, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda aksiz vergisi üzrə daxilolmalar 1 milyard 553 milyon manat proqnoza qarşı icra 1 milyard 555,7 milyon manat (2,7 milyon manat və yaxud 0,2 % çox), 2023-cü il müqayisədə isə 103,5 milyon manat və yaxud 7,1 % çox icra olunub.
ABC.AZ xəbər verir ki, bu barədə “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd edilib.
Məlumata görə, aksizlər üzrə daxil olan vəsaitin 86,9 %-i və yaxud 1 351,3 milyon manatı ölkədaxili əməliyyatlar üzrə aksiz vergisinin, 13,1 %-i və yaxud 204,4 milyon manatı isə gömrük orqanlarının payına düşüb.
Ölkə daxili əməliyyatlar üzrə aksizlər 1 milyard 368 milyon manat proqnoza qarşı icra 1 milyard 351,3 milyon manat və yaxud 16,7 milyon manat (1,2 %) az, 2023-cü illə müqayisədə isə 123,4 milyon manat (10 %) çox olub. Daxil olan vəsaitin 49,9 %-i və ya 674 milyon manatı neft-qaz, 50,1 %-i və yaxud 677,3 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb.
Neft-qaz sektoru üzrə aksizlər 698 milyon manat proqnoza qarşı icra 674 milyon manat və yaxud nəzərdə tutulduğundan 24 milyon manat (3,4 %) az, 2023-cü illə müqayisədə isə 4,6 milyon manat (0,7 %) çoxdur. Neft-qaz sektoru üzrə kəsrlə icra ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının həcminin proqnozlaşdırılandan az olması ilə əlaqədar olub.