Trampa məxsus şirkət 3 milyard dollarlıq kriptovalyuta almağı planlaşdırır

10:09 - 27.05.2025


27 may, Fineko/abc.az. ABŞ prezidenti Donald Trampın ailəsinin nəzarətində olan “Trump Media & Technology Group” şirkəti 3 milyard dollarlıq kriptovalyuta almağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə “Financial Times” yazıb. Qəzetin verdiyi məlumata görə, şirət 2 milyard dollarlıq səhm buraxmağı, həmçinin konvertasiya olunan istiqrazlar vasitəsilə 1 milyard dollar cəlb etməyi düşünür.

Xatırladaq ki, mart ayında Donald Tramp ölkə üçün strateji kriptovalyuta ehtiyatı yaradıldığını elan edib. Keçən həftə bitkoinin qiyməti rekord həddə – 109 min dollara çatıb ki, bunu analitiklər ABŞ Senatında steyblkoin qanun layihəsinin müzakirəsində irəliləyişlə əlaqələndirirlər.

“Trump Media & Technology Group” 2022-ci ildə təsis edilib, Donald Tramp tərəfindən yaradılan “Truth Social” da ona məxsusdur. Şirkət keçən il birjaya çıxıb, ilin əvvəlindən onun səhmləri demək olar ki, 25% ucuzlaşıb.