“Volvo” şirkəti 3 min işçisini ixtisar edəcək

17:25 - 26.05.2025


26 may, Fineko/abc.az. “Volvo” işçilərini ixtisar etməyə hazırlaşır.

ABC.AZ xəbər verir ki, “Volvo” ümumi işçi qüvvəsinin 7%-ni ixtisar edəcəyini açıqlayıb.

Şirkətdə təxminən 43 min 800 işçinin çalışdığını nəzərə alsaq bu açıqlamaya görə 3 min nəfər işsiz qalacaq.

Qeyd edək ki, şirkətin işçilərinin yarıdan çoxu İsveçdədir.

Bu addımla, “Volvo” 140 milyon dollar dəyərində restrukturizasiya xərcləri ilə üzləşəcək.