10:21 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. Baş nazir Əli Əsədov "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarda dəyişiklik edilməsi barədə yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, "Büdcə xərclərinin funksional təsnifatı" və "Büdcə xərclərinin inzibati təsnifatı" yeni redaksiyada təsdiq olunub. Qərar dövlət maliyyə inzibatçılığının gücləndirilməsi, şəffaflığın artırılması və vəsaitlərin təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə qəbul edilib.
Yeniliyə əsasən, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan qurumlar 2028-ci ilin icmal və dövlət büdcəsi layihələri üzrə sifarişlərini yeni təsnifata uyğun hazırlayıb Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Sistem 2027-ci ilin büdcə layihələri çərçivəsində test rejimində tətbiq olunacaq. Qərarın funksional və inzibati təsnifata dair müddəaları 2028-ci il yanvarın 1-dən tam qüvvəyə minəcək.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026