11:17 - 22.09.2026
22 Sentyabr, Fineko/abc.az. Avropa Mərkəzi Bankının (AMB) Baş iqtisadçısı Filip Leyn bildirib ki, neft və qaz qiymətlərindəki yeni yüksəliş dalğası Avrozona inflyasiyasını gözləniləndən daha uzun müddət yüksək saxlayacaq.
Bankın proqnozlarına görə, inflyasiya yalnız 2027-ci ilin ortalarından etibarən AMB-nin 2%-lik hədəf səviyyəsinə doğru geriləməyə başlayacaq.
Regionda inflyasiyanın yaxın aylarda 4%-ə yüksələcəyi, bu il ortalama 3%, növbəti il isə 2,5% təşkil edəcəyi gözlənilir. İran ətrafındakı münaqişənin enerji xərclərini artırmasından sonra bu ay ikinci dəfə faiz artımına gedən AMB rəsmiləri, oktyabr ayında 25 baz bəndi həcmində növbəti faiz artımına zəmin hazırlayır.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026