10:23 - 22.09.2026
22 Sentyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 2026-cı il avqustun 31-nə 879 milyon avro (1 718 445 000 AZN) dəyərində qiymətləndirilir.
İyulun 31-i ilə müqayisədə portfel 1,01% və ya 9 milyon avro azalıb. Hazırda ölkədə bankın 35 aktiv layihəsi mövcuddur.
Məlumata görə, portfelin 41%-i özəl sektorun payına düşür.
Ümumilikdə EBRD indiyədək Azərbaycanda 202 layihəyə 3,699 milyard avro sərmayə qoyub. Bankın ölkədəki əməliyyat aktivləri isə aylıq 0,56% artaraq 719 milyon avroya çatıb.
Xatırladaq ki, 2025-ci ildə EBRD Azərbaycanda 81 milyon avroluq 10 layihəni maliyyələşdirmişdi.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026