11:16 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. 2026-cı ilin ilk yarısı Azərbaycanın səhm bazarı üçün mühüm mərhələ ilə yadda qalıb.
Bu dövrdə özəl sektor üzrə ilk və ölkənin kapital bazarı tarixində ikinci İctimai Təklif (İKT) uğurla həyata keçirilib ki, bu da özəl şirkətlərin kapital bazarından maliyyələşmə mənbəyi kimi daha fəal istifadə etməyə başladığını göstərir.
Bakı Fond Birjasının hazırladığı “Q2 2026: Azərbaycan və Qlobal İqtisadiyyata və Kapital Bazarlarına Baxış” bülleteninin təqdimatında bildirilib ki, listinqdə olan şirkətlərin bazar kapitalizasiyası 3,65 milyard manat, ilkin bazar dövriyyəsi 51,7 milyon manat, təkrar bazar dövriyyəsi isə 8,8 milyon manat təşkil edib.
Bununla belə, bazarda yüksək konsentrasiya qalmaqdadır; maliyyə sektoru listinqdə olan kapitalizasiyanın 99 faizini, cəmi səkkiz şirkət isə ümumi bazar dəyərinin təxminən 91 faizini formalaşdırır.
Təkcə iyun ayında təkrar bazar dövriyyəsində fəallıq göstərən ABB üzrə 2,0 milyon manat, "PAŞA Bank" üzrə isə 0,6 milyon manatlıq əməliyyat qeydə alınıb.
Müəllif: Elmir Muradov
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026