Qızılın qiyməti 4 344 dollara düşdü: Yüksək faiz gözləntiləri bazarı tormozlayır

10:33 - 22.09.2026


22 Sentyabr, Fineko/abc.az. Qızılın qiyməti ABŞ Mərkəzi Bankının (Fed) faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağı gözləntiləri fonunda artım dinamikasını itirib.

 Spot qızılın bir unsiyası 4 344,29 dollardan (7 385,29 AZN) ticarət edilib, ABŞ qızıl fyuçersləri isə 4 381,80 dollar səviyyəsində sabit qalıb.

Qiymətli metallar bazarında spot gümüşün unsiyası 66,19 dollara, platin 1 792,76 dollara, paladium isə 1 305,10 dollara yüksəlib.