Neft ucuzlaşır, Brent bir barelə $65,29 təşkil edir

10:34 - 20.05.2025


20 may, Fineko/abc.az. Çərşənbə axşamı baş tutan hərracda etalon markaların qiyməti aşağı düşür.

Saat 10:20-də ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti $0,25 (0,38%), bir barelə $65,29-a düşüb. Mayın 19-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin iyul fyuçersləri $0,13 (0,20%) artaraq bir barelə $65,54-a çatıb.

Saat 10:20-dək NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyul fyuçersləri $0,21 (0,34%) azalaraq bir barelə $61,93-a düşüb. Mayın 19-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $0,17 (0,27%) artaraq bir barelə $62,14-a çatıb.