15:03 - 13.05.2025
13 may, Fineko/abc.az. 2025-ci ilin I rübündə Renault-un xalis mənfəəti Nissan şirkətinin böyük zərəri səbəbindən 2,2 milyard avro azalacaq.
ABC.AZ xəbər verir ki, Renault şirkəti səhmlərinin bir hissəsini satmasına baxmayaraq, hələ də Nissan-ın 35,71%-lik səhm paketinə sahibdir.
2025-ci ilin yanvar-mart aylarında Nissan-ın xalis zərəri 676 milyard yen (təxminən 4,6 milyard ABŞ dolları) təşkil edib.
Zərərlər apreldə elan edilmiş restrukturizasiya və silinmə əməliyyatları ilə bağlıdır.
Renault-un 2025-ci ilin birinci yarısı üzrə maliyyə hesabatı 31 iyul tarixində açıqlanacaq.
4 Avqust 2026
4 Avqust 2026