11:47 - 8.05.2025
8 may, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin ilk dörd ayında 80 milyon manat xalis mənfəət əldə edib.
ABC.AZ xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABB-nin dayanıqlılıq və ötən il üzrə audit hesabatları bankın fəaliyyətinin müsbət olduğunu deməyə əsas verir.
"Bank müştərilərinin 65 faizi rəqəmsal kanallar vasitəsilə əldə edib ki, bu, qlobal bankların hədəflədiyi göstəricidir" - deyə A.İbrahimov bildirib.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026