Neft bahalaşmağa davam edir, Brent bir barelə $62,73 təşkil edir

09:25 - 7.05.2025


7 may, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə günü hərracda artmaqda davam edir.

ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 9:20-də $0,58 (0,93%) artaraq bir barelə $62,73-a yüksəlib. 6 may ticarətinin nəticələrinə görə, Brent neftinin iyul fyuçersləri $1,92 (3,19%) artaraq bir barelə $62,15-a yüksəlib.

Saat 09:20-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,64 (1,08%) artaraq bir barelə $58,73-a yüksəlib. 6 may ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçersləri $1,96 (3,43%) – bir barelə $59,09-a yüksəlib.