Hakerlər ABŞ-da istifadə olunan bu tətbiqin istifadəçilərinin məlumatlarını oğurlayıblar

12:00 - 5.05.2025


5 may, Fineko/abc.az. Naməlum haker ABŞ hökumətinin yüksək vəzifəli məmurların mesajlarını arxivləşdirmək üçün istifadə etdiyi TeleMessage tətbiqinin istifadəçiləri haqqında məlumatı oğurlayıb. İsrail şirkəti tərəfindən hazırlanmış proqram Signal və digər messencerlərin versiyalarını dövlət strukturlarının ehtiyacları üçün modifikasiya edir.

ABC.AZ xəbər verir ki, oğurlanmış məlumatlar arasında sərhəd-gömrük xidməti və digər Amerika institutlarının işçilərinin mesajları, adları və əlaqə məlumatları var. Haker, Coinbase şirkətinin rəqəmsal valyuta mübadiləsi ilə əlaqəli məlumatlara da giriş əldə edib.

Bundan əvvəl ABŞ rəsmiləri iddia edirdilər ki, Rusiya və Çin ABŞ dövlət orqanlarında kommunikasiyaların təhlükəsizliyi ilə bağlı məsələləri yenidən gündəmə gətirəcək Signal messencerinə icazəsiz giriş əldə etməyə cəhd edə bilərlər.

Oxşar açıqlama, "The Atlantic" jurnalının baş redaktoru Ceffri Goldberg-in Yəmən husi üsyançılarına qarşı zərbə planlarını müzakirə edən ABŞ administrasiyasının nümayəndələrinin məxfi yazışmalarına təsadüfən qoşulması barədə danışmasından sonra verilmişdi.