16:30 - 30.04.2025
30 aprel, Fineko/abc.az. Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) Qazaxıstanın Atırau vilayətində yerləşən Jılıoy sahəsində geoloji kəşfiyyat işləri aparacaq.
ABC.AZ xəbər verir ki, bu barədə “KazMunayQaz” milli şirkətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər layihənin icrası şərtlərini razılaşdırıb və maliyyələşdirmə ilə birgə fəaliyyətə dair müqavilələr imzalayıblar.
Şimal-şərqi Xəzər dənizinin tranzit zonasında yerləşən sahənin ümumi ərazisi təxminən 960 kv.km-dir.
CNOOC ilk dəfə Qazaxıstanda neft kəşfiyyatına sərmayə yatırır və axtarış xərclərini öz üzərinə götürüb.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026