09:30 - 29.04.2025
29 aprel, Fineko/abc.az. Etalon markalarının qiymətləri çərşənbə axşamı keçirilən hərraclarda ucuzlaşır.
ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersləri Bakı vaxtı ilə saat 09:25-də 0,70 dollar (1,06%) azalaraq bir barelə 65,16 dollar təşkil edib. 28 aprel hərraclarının nəticəsinə görə isə Brent markalı neftin iyun fyuçersi 1,01 dollar (1,51%) ucuzlaşaraq bir barelə 65,86 dollar olub.
NYMEX əmtəə birjasında WTI markalı neftin iyun fyuçersi isə saat 09:25-ə olan məlumata əsasən 0,66 dollar (1,06%) azalaraq bir barelə 61,39 dollar təşkil edib. 28 aprel hərraclarının nəticəsinə əsasən WTI markalı neftin iyun fyuçersi 0,97 dollar (1,54%) ucuzlaşaraq bir barelə 62,05 dollar olub.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026