BOKT-ların cəmi kapitalı 34.6 milyon manat azalıb

16:09 - 28.04.2025


28 aprel, Fineko/abc.az. 28 aprel, Fineko/abc.az  Banklardan və maliyyə institutlarından cəlb olunmuş kreditlər 241 milyon manatdan 239.5 milyon manata azalıb.

ABC.AZ xəbər verir ki, Bank kreditləri 158.3 milyon manatdan 163.7 milyon manata artsa da, digər maliyyə institutlarının kreditləri 82.7 milyon manatdan 75.8 milyon manata düşüb.

Qiymətli kağızlar üzrə öhdəliklər isə 61.2 milyon manatdan 61.6 milyon manata cüzi artıb. Mərkəzi idarəetmə orqanlarının vəsaitləri 50%-dən çox azalaraq 20.1 milyon manatdan 10.2 milyon manata enib. Digər öhdəliklər 214.6 milyon manatdan 205.8 milyon manata azalıb.

Kapital göstəricilərində də azalma müşahidə olunub. 2025-ci ilin mart ayının sonuna BOKT-ların cəmi kapitalı 421.8 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 7.6% və ya 34.6 milyon manat azalma deməkdir.