16:07 - 21.04.2025
21 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın azot gübrələrinin ixracında əhəmiyyətli artım qeydə alınıb.
ABC.AZ xəbər verir ki, cari ilin ilk üç ayında ölkə 161 092 ton azot gübrəsi ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 202 ton (13.53%) çoxdur.
İxracdan əldə olunan gəlir isə 47.98 milyon ABŞ dollarına çataraq, ötən ilin eyni dövründəki 21.04 milyon dollarla müqayisədə 78.1% artım nümayiş etdirib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026