ARDNF 2025-c ildə daha 18.7 tonluq qızıl alıb

17:17 - 17.04.2025


17 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2025-c ildə daha 18.7 tonluq qızıl alıb.

ABC.AZ xəbər verir ki, bununla da suveren fondun qızıl ehtiyatlarının həcmi 165.3 tona yüksəlib. Bu ilin əvvəli 146.6 ton idi.

2024-cü ilin əvvəlində isə ARDNF-nin qızıl ehtiyatlarının həcmi 101.8 ton idi. Beləliklə, qızılın bahalaşması rallisində fondun bu portfelində qızılın həcmi 63.5 tonluq artım olub.

Qeyd edək ki, ARDNF-in ABŞ dollarında olan ehtiyatlarının ($41.27 mlrd.) 25.8 faizi və ya 16 mlrd. 134.4 milyard dolları qızılın payına düşür.