Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini yüksəldib

15:31 - 17.04.2025


17 aprel, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankı ekspertlərin gözləntilərinin əksinə olaraq faiz dərəcəsini 46%-ə qədər artırıb.

ABC.AZ xəbər verir ki, qərar R.T.Ərdoğanın baş rəqibi həbs edildikdən sonra maliyyə bazarında davam edən dəyişkənlik fonunda qəbul edilib.