15:54 - 16.04.2025
16 aprel, Fineko/abc.az. Bakıda xarici ölkə səfirliklərinin, şirkətlərin və beynəlxlaq təşkilatların ofislərinin yerləşdiyi “Landmark” Biznes Mərkəzinə məxsus 3 binası “Aqrarkredit” QSC-yə satılıb.
ABC.AZ xəbər verir ki, bu gün səhər binada yerləşən qurumlarda çalışan əməkdaşlar ora daxil ola bilməyib. Belə ki, onların giriş kartları deaktiv edilib.
Qeyd olunur ki, “Landmark” otelinin bütün əməkdaşları kütləvi şəkildə işdən çıxarılıb.
Xatırladaq ki, binada Avropa İttifaqının Bakıdakı nümayənəliyi, Hollandiya, Venesuela, Litvanın səfirlikləri, həmçinin məşhur “Boston Consulting”, “Procter amd Gamble” şirkətlərinin ofisləri yerləşirdi.
“Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində “köhnə dəyirman” deyilən ərazidə Şimali Kiprdən olan mühəndis və tanınmış iş adamı Efruz Sami Müdüröğlu tərəfindən inşa edilib. Onun oğlu Eran Müdüroğlu bir müddət əvvəl Biznes Mərkəzini 120 milyon dollara hərraca çıxarmışdı.
30 İyul 2026
29 İyul 2026