Rusiya rublu dünyanın ən gəlirli valyutasına çevrilib

11:23 - 16.04.2025


16 aprel, Fineko/abc.az. Rusiya rublu 2025-ci ildə dollar qarşısında ən güclü artım nümayiş etdirərək dünyanın ən gəlirli valyutasına çevrilib.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Agentliyin məlumatına görə, birjadankənar bazarda rubl dollara nisbətdə 38% möhkəmlənib.

“Bir çox inkişaf etməkdə olan bazar valyutalarından fərqli olaraq, rubl investorların riskli aktivlərdən uzaqlaşması nəticəsində yaranan kapital axınının təzyiqi altında deyil. Kapital axınına nəzarət Rusiyanı bundan qoruyub”, – mesajda deyilir.

Bundan əlavə, rublun möhkəmlənməsinə Moskva ilə Vaşinqton arasında münasibətlərin potensial yaxşılaşması da təsir edib.