12:13 - 15.04.2025
15 aprel, Fineko/abc.az. Rabitəbank 2025-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açqılayıb. Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb.
ABC.AZ Banka istinadla xəbər verir ki, müvafiq dövrü Rabitəbank 4 milyon 657 min manat xalis mənfəətlə başa vurub.
Ötən ilin cari dövrü ilə müqayisədə Bankın aktivləri 10.9 % artaraq 1 milyard 198 milyon manata çatıb.
Kredit portfelində müsbət dinamika
Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.8 % artıb. Nəticədə ümumi kredit portfeli 873 milyon 971 min manata yüksəlib.
Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, ötən ilin cari dövrü ilə müqayisədə biznes kreditləri portfeli 22.3% artaraq 403 milyon 249 min manata, o cümlədən, istehlak kreditləri portfeli 23.7% artaraq 304 milyon 71 min manata, ipoteka kreditləri isə 17.5% artaraq 166 milyon 651 min manata çatıb.
Bankda fiziki şəxslərin əmanətləri artıb
Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, fiziki şəxslər üzrə əmanətlər isə 4.2 % artaraq 469 milyon 485 min manata çatıb.
Faiz gəlirləri yüksəlib
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 16.7 % artaraq 31 milyon 137 min manata çatıb.
Məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 5.9% artaraq 122 milyon 605 min manat olub.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 27 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026