Almaniyanın lüks avtomobil istehsal edən şirkəti müflis oldu

10:57 - 15.04.2025


15 aprel, Fineko/abc.az. Almaniya lüks avtomobil istehsalçısı “Isdera” şirkəti iflasa uğraması ilə bağlı ərizə verib.

ABC.AZ xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Məlumat əsasən, onun ofisi hazırda Sent-İnqbertdə (Saar federal ərazisi) yerləşir.

Bildirilib ki, iflas ərizəsi aprelin 11-də Saarbrüken rayon məhkəməsinə verilib.