17:09 - 11.04.2025
11 aprel, Fineko/abc.az. "Vertex Commerce" MMC-nin İtaliyadan idxal etdiyi “İtalkali” şirkətinin istehsalı olan 144 kq “Italkali Sale Sicilia Fino Kg1” əmtəə nişanlı xörək duzu və “Fiuggi” şirkətinin istehsalı olan 151.2 kq “Fiuggi Acqua Nat.Lt1” əmtəə nişanlı qazsız təbii sudan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülən nümunələrin laborator müayinəsi keçirilib.
ABC.AZ xəbər verir ki, müayinə nəticəsində məhsullarda uyğunsuzluq aşkar edilib.
Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026