11:19 - 10.04.2025
10 aprel, Fineko/abc.az. Azərbaycanda yeni Çin kapitallı şirkət təsis edilib.
ABC.AZ xəbər verir ki, bu, “Gold Bridge Motors” MMC-dir.
Şirkət Bakı şəhəri Xətai rayonu, Babək pr. ev.203 ünvanında 50 000 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb.
Azərbaycandakı şirkətin direktoru Çin Xalq Respublikası vətəndaşı Dzoyu Konqdur (Zhouyu Kong).
Qeyd edək ki, Çindəki “Gold Bridge Motors” (Zhejiang Jinzhi Import and Export Trading Co..LTD) sahibkarlıq komandası öz-özünə idarə olunan ixrac, agentliklə ixrac, avtomobil təmiri və avtomobil hissələrinin ixracı üzrə ixtisaslaşıb, əsas xidmət sahəsi kimi isə işlənmiş nəqliyyat vasitələrinin satışı ilə məşğuldur.
27 İyul 2026
28 İyul 2026