15:24 - 17.09.2026
17 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, 2027-ci ildə icmal büdcənin gəlirləri 47 milyard 608.8 milyon manat (28.01 mlrd dollar) səviyyəsində proqnozlaşdırılır.
Bu göstərici 2026-cı ilin təsdiq olunmuş göstəricisinə nəzərən 2 milyard 639.5 milyon manat və ya 5.9 faiz çoxdur.
Növbəti il üzrə icmal büdcənin digər əsas parametrləri aşağıdakı kimi müəyyən olunub:
• İcmal büdcənin xərcləri: 50 milyard 386.7 milyon manat (29.64 mlrd dollar) — 2026-cı ilin göstəricisindən 1 milyard 547.4 milyon manat (3.2%) çox,
• İcmal büdcənin kəsiri (defisit): 2 milyard 777.9 milyon manat ( 1.63 mlrd dollar) səviyyəsində proqnozlaşdırılır.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026