15:02 - 17.09.2026
17 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda külək elektrik stansiyalarında 726,7 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,8 dəfə çoxdur.
Günəş elektrik stansiyalarında isə istehsal 9,4 % artaraq 446,2 milyon kVt/saat təşkil edib. Biokütlə və tullantıların yandırılmasından alman elektrik enerjisi istehsalı da 5,6 % artımla 154,9 milyon kVt/saata çatıb.
Hesabat dövründə ölkə üzrə ümumi elektrik enerjisi istehsalı illik müqayisədə 2,4 % azalaraq 17 milyard 887,5 milyon kVt/saat olub. Bunun 17 milyard 376,5 milyon kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu göstərici də 1,9 % azalıb. İstehsalın 13 milyard 549,8 milyon kVt/saatı istilik elektrik stansiyalarının (8,8 % azalma), 2 milyard 498,9 milyon kVt/saatı isə su elektrik stansiyalarının (10,7 % artım) payına düşüb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026