15:33 - 17.09.2026
17 sentyabr, Fineko/abc.az. Qanuna edilən dəyişiklik AZAL, ASCO və "Bakı Metropoliteni" kimi operativ fəaliyyətlə məşğul olan qurumların işini asanlaşdırmağı hədəfləyir.
Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin I müavini Cəfər Babayev Milli Məclisin komitə iclasında "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik layihəsini şərh edərkən bildirib.
"Yeni mexanizmə əsasən, bu müəssisələr yalnız öz qazandıqları gəlirləri daxili qaydalarına uyğun sərbəst xərcləyə biləcəklər.
Lakin şəffaflığı qorumaq üçün Müşahidə Şurasının olması şərtidir və bağlanan müqavilələr Maliyyə Nazirliyinin izləyə biləcəyi xüsusi rəqəmsal platforma üzərindən icra olunacaq" - deyə o qeyd edib.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026