Bunun üçün Azərbaycana kompleks strategiya lazımdır - BVF

16:49 - 9.04.2025


9 aprel, Fineko/abc.az. Dayanıqlı fiskal konsolidasiyaya nail olmaq üçün Azərbaycana kompleks strategiya lazımdır.

ABC.AZ xəbər verir ki, beynəlxalq Valyuta Fondunun (IMF) məlumatına əsasən, büdcə dayanıqlığını gücləndirmək üçün Azərbaycan hakimiyyəti geniş tədbirlər spektrini həyata keçirməlidir.

“İlk növbədə bu, vergi bazasının genişləndirilməsinə aiddir. Hesablamalara əsasən, vergi güzəştləri səbəbindən büdcənin illik itkiləri 2 milyard manatı ötür və ya ÜDM-in təxminən 1,5% təşkil edir. Bundan başqa, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi intizamının gücləndirilməsi, həmçinin yeni gəlir mənbələrinin müəyyən edilməsi məqsədilə mövcud vergi sisteminin nəzərdən keçirilməsi üzrə işləri davam etdirmək vacibdir”, – hesabatda deyilir. (Report)